×
A
A
A
Sazlamalar

Taekvondo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək

Bakı, 30 noyabr, AZƏRTAC
Sumqayıt Olimpiya İdman Kompleksində kişilər və qadınlar arasında taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda 17 yaşdan yuxarı idmançılar iştirak edəcəklər.
Turnirdə 100-ə yaxın taekvondoçu mübarizə apararaq. Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil ediləcək.
Yarış zamanı idmançıların valideynləri və tamaşaçılar zala buraxılmayacaqlar.
Dekabrın 4-də start götürəcək turnir iki gün davam edəcək.

İdman 2021-11-30 14:02:00