×
A
A
A
Sazlamalar

Məhəmməd Salah ilin futbolçusu seçilib

Bakı, 30 noyabr, AZƏRTAC

“Liverpul”un futbolçusu Məhəmməd Salah ilin oyunçusu seçilib.
AZƏRTAC xəbər verir ki, misirli hücumçu İngiltərə və Uels Futbol Azarkeşləri Assosiasiyasının keçirdiyi səsvermənin qalibi olub.
Futbolçu karyerasında ikinci dəfə bu mükafatı qazanıb. O, 2018-ci ildə də ən yaxşısı seçilib.
Salah səsvermədə “Çelsi”nin futbolçusu Meyson Maunt, “Vest Hem”dən Mikael Antonio, “Mançester Siti”dən Fil Foden və Ruben Diaş, “Lester”dən Yuri Tilemansı qabaqlayıb.

 

İdman 2021-11-30 13:52:00