×
A
A
A
Sazlamalar

Yeniyetmələr arasında taekvondo üzrə Azərbaycan birinciliyi start götürüb

Bakı, 30 noyabr, AZƏRTAC

Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışda 2008-2010-cu il təvəllüdlü idmançılar iştirak edirlər. Belə ki, turnirdə 372 taekvondoçu mübarizə aparır. Onlardan 281-i oğlan, 91-i isə qızdır.
Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə keçirilir.
Turnir iki gün davam edəcək.

İdman 2021-11-30 12:37:00