×
A
A
A
Sazlamalar

Almaniyanın “dpa” xəbər agentliyi Soçi şəhərində keçirilmiş üçtərəfli görüş barədə məlumat yayıb

Berlin, 30 noyabr, AZƏRTAC

Almaniyanın “dpa” xəbər agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında 2021-ci il noyabrın 26-da Soçi şəhərində keçirilmiş üçtərəfli görüş barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, agentliyin "Putin Ermənistan və Azərbaycanı sülhə çağırır" sərlövhəli məqaləsində Ermənistan və Azərbaycan sərhədində çoxsaylı itkilərlə nəticələnən hərbi toqquşmadan sonra Rusiya Prezidenti Vladimir Putinin iki ölkəni aralarında münaqişənin həllinə çağırdığı bildirilir. Məqalədə, həmçinin qeyd olunur ki, Qara dəniz sahilində yerləşən Soçi şəhərində keçirilmiş görüş zamanı Rusiya Prezidentinin münaqişə ilə bağlı qurbanların hələ də olmasından təəssüfləndiyi bildirib. Rusiya dövlət başçısı Putin yaxın gələcəkdə demarkasiya və delimitasiya ilə bağlı işə başlamağa dair razılığa gəldiklərini bəyan edib. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan sözügedən danışıqlara hazır olduqlarını ifadə ediblər. Məqalədə, həmçinin vurğulanır ki, iki ölkə arasındakı bir çox yerlərdə mübahisəli olan sərhəd xətti Azərbaycanla Ermənistan arasında dəfələrlə gərginlik yaranmasına səbəb olub.
Vüqar Seyidov
AZƏRTAC, Berlin

Siyasət 2021-11-30 08:36:00