×
A
A
A
Sazlamalar

Futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb

Bakı, 29 noyabr, AZƏRTAC

2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk üç mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.
UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərənin "Çelsi" klubu və Libertadores Kubokunun son sahibi Braziliyanın "Palmeyras" komandası mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.
Püşkatma tam olaraq aşağıdakı kimidir:
I mərhələ
1. "Əl-Cəzirə" (Birləşmiş Ərəb Əmirlikləri) - "Oklend Siti" (Yeni Zelandiya)
II mərhələ
2. "Əl-Əhli" (Misir) - "Monterrey" (Meksika)
III mərhələ
3. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 1-ci cütün qalibi

Yarımfinal
4. "Palmeyras" (Braziliya) - 2-ci cütün qalibi
5. 3-cü cütün qalibi - "Çelsi" (İngiltərə)

Qeyd edək ki, klublararası dünya çempionatı fevralın 3-dən 12-dək keçiriləcək. Oyunların dəqiq tarixi hələlik bəlli deyil. Turnirin son qalibi Almaniyanın "Bavariya" klubudur.

İdman 2021-11-29 21:08:00