×
A
A
A
Sazlamalar

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi ilə təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da təhsil naziri Emin Əmrullayev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Petr Mixalko ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə Təhsil Nazirliyi ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Elm və təhsil 2021-11-29 19:30:00