×
A
A
A
Sazlamalar

Təbii probiotik olan süd tərkibli qida məhsulu xama

Bakı, 29 noyabr, AZƏRTAC

Xama təbii südün üzlü hissəsindən toplanılaraq mayalandırılmasından əldə olunan xoşagəlimli dada və qoxuya malik süd-turşu qıcqırmasıdır. Onun tərkibi orqanizm üçün faydalı olan zülallar, yağlar, karbohidratlar, makro və mikro elementlər, üzvi turşular və s. maddələrlə zəngindir. Xamanın tərkibində kalsium, fosfor və dəmirin miqdarı çox, xolesterinin miqdarı isə azlıq təşkil edir.
Ev şəraitində də xama hazırlamaq mümkündür. Lakin texnoloji tələblərə tam riayət olunmadığı təqdirdə ev şəraitində hazırlanan xamanın saxlanılma müddəti qısa, yəni beş gün olur.
AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, yağlılıq göstəricisinə görə xamanın yağsız, az yağlı, klassik və yağlı növləri var. Yağlılığına görə 10-30 faizli xamanın 100 qramında 120 -290 kkal olur.
Xama təbii probiotikdir, həzmə stimullaşdırıcı təsir göstərir. Sümüklərin, dişlərin, dəri və dırnaqların vəziyyətini yaxşılaşdırır. Xolesterinin damarlarda toplanmasının qarşısını alır.
Xama orqanizmi şlaklardan və toksinlərdən təmizləyərək immuniteti möhkəmləndirir, günəş şüalarının yanığı zamanı dəriyə vegenerasiyaedici təsir göstərir.
Xamanın sağlamlığa mənfi təsirləri də var. Xüsusilə mədəaltı vəzi, mədə-bağırsaq və qaraciyər xəstəlikləri zamanı xamadan istifadə etmək tövsiyə olunmur. Şəkərli diabet xəstələrinin isə az yağlılığa malik xama istehlak etməsi daha məsləhətdir.
Belə məhsulların yararlılıq müddəti bitsə də, istehlakı məsləhət görülmür. Təbii xama soyuducuda 2-6 dərəcə C dərəcə temperaturda 10-14 gün, qablaşdırması açılmış xama isə 4-5 gün müddətində istehlak üçün istifadə edilə bilər. Xamanın dondurulması yolverilməzdir, çünki belə halda tərkibi dəyişir, qidalılıq dəyəri aşağı düşür. Tərkibində bitki yağları və digər qatqı maddələri olan xama təbii hesab olunmur. Saxlama müddətinin çox olması onun tərkibində qatqı maddələri ilə əlaqədardır.

Sağlamlıq klubu 2021-11-29 18:16:00