×
A
A
A
Sazlamalar

Paytaxtın bu ərazisində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq

Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da axşam saat 22:00-dan noyabrın 30-u səhər saat 06:00-dək paytaxtın Nəsimi rayonu ərazisində, Asif Məhərrəmov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən həmin müddətdə sözügedən ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Nəqliyyat 2021-11-29 18:24:00