×
A
A
A
Sazlamalar

Bakıda gənc qızın özünü çoxmərtəbəli binadan ataraq intihar etməsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 29 noyabr, AZƏRTAC

Yasamal Rayon Prokurorluğu rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın çoxmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində yayılan məlumatlara münasibət bildirib.
Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, noyabrın 27-si saat 15 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hadisə 2021-11-29 18:19:00