×
A
A
A
Sazlamalar

“Qəbələ” - "Qarabağ" qarşılaşması heç-heçə başa çatıb

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 29-da futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyunu Qəbələdə eyniadlı komanda ilə "Qarabağ" arasında keçirilib. Mərkəzi qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, matçın baş hakimi Kamranbəy Rəhimov ilk dəfə çempionat oyununa təyinat alıb.
Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran Ağdam klubu liderliyini qoruyub. "Qırmızı-qaralar" isə 22 xalla üçüncü pillədəki yerini möhkəmləndirib.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" doğma meydanda "Keşlə"yə 2:1, "Neftçi" komandası "Səbail"ə 1:0, "Zirə" isə səfərdə "Sumqayıt" klubuna 3:0 hesabı ilə qalib gəlib.

 

İdman 2021-11-29 18:17:00