×
A
A
A
Sazlamalar

On dörd adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb

Bakı, 29 noyabr, AZƏRTAC

“Baytarlıq haqqında” Qanuna əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 19-dan 25-dək ümumilikdə 14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb.
Qeydiyyata alınan baytarlıq preparatlarından 1-i Belçika, 1-i Almaniya, 2-si İspaniya, 3-ü Niderland, 7-si isə Belarus istehsalıdır.

Sosial 2021-11-29 18:07:00