×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb

Bakı, 29 noyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, İrandan ölkəmizdən tranzit keçməklə Rusiyaya “Xurma” yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi “Volvo” markalı yük avtomobili “Astara” gömrük postunun idxal yoxlama xəttində saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində, sürücü oturacağının alt hissəsində, yataq yerinin altında, nəqliyyat vasitəsinin qoşqusunun sol-aşağı hissəsində və iki təkərin arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan yeşiyin içərisində gömrük nəzarətindən gizlədilən 1215 həb, 122 flakon, 5 ədəd şprisdə maye halında olan müxtəlif adda dərman preparatları, 73 ədəd dərman preparatına aid olan karton qutu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2021-11-29 17:45:00