×
A
A
A
Sazlamalar

“Lütsern-2021” Qış Universiadası ləğv edilib

Bakı, 29 noyabr, AZƏRTAC

Dekabrın 11-dən 21-dək İsveçrənin Lütsern şəhərində keçirilməsi planlaşdırılan Qış Universiadası ləğv edilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, buna koronavirusun yeni ştamı “Omikron”un ortaya çıxması səbəb olub.
Qeyd edək ki, növbəti Qış Universiadası 2023-cü ildə ABŞ-ın Leyk-Pleside şəhərində təşkil olunacaq. Həmin il, həmçinin Yekaterinburqda Yay Universiadası keçiriləcək.

 

İdman 2021-11-29 17:14:00