×
A
A
A
Sazlamalar

Almaniyanın “Herta” klubu türkiyəli baş məşqçi ilə anlaşıb

Bakı, 29 noyabr, AZƏRTAC

Almaniyanın “Herta” klubu yeni baş məşqçi ilə anlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Herta” baş məşqçi postuna Tayfun Korkutun gətirildiyini açıqlayıb. Korkut cari mövsümün sonunadək “Herta”nı çalışdıracaq.
Türkiyə milli komandasının keçmiş futbolçusu olan Korkut, əvvəllər Almaniyada “Bayer”, “Ştutqart” kimi klublarda məşqçi kimi çalışıb.

İdman 2021-11-29 16:43:00