×
A
A
A
Sazlamalar

Şamaxıda təşkil olunmuş “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub

Bakı, 29 noyabr, AZƏRTAC

AFFA-nın təşkilatçılığı ilə Şamaxıda təşkil olunmuş “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, dörd gün davam edən yekun mərhələdə AFFA-nın məşqçi kurslarının təlimatçıları Osman Rəhimov və Vüqar Əsgərli tərəfindən məşqçilərə kütləvi futbolda və erkən yaşlarda prinsiplər, müvafiq məşq formaları, məşqçi davranışlarına dair praktiki örnəklər nümayiş etdirilib və onların müxtəlif prizmalardan geniş müzakirəsi aparılıb.
Kursun yekun mərhələsi həm nəzəri, həm də praktiki hissədən ibarət olmaqla həyata keçirilib. Yekunda iştirakçılara kursu bitirdiklərinə dair müvafiq sertifikatlar verilib. Sertifikatları iştirakçılara veteran futbolçu Vəli Qasımov və Vüqar Əsgərli təqdim edib.

İdman 2021-11-29 13:32:00