×
A
A
A
Sazlamalar

Futbol üzrə klublararası dünya çempionatının keçiriləcəyi tarix müəyyənləşib

Bakı, 29 noyabr, AZƏRTAC

2022-ci ildə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının keçiriləcəyi tarix müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnir fevralın 3-dən 12-dək Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq. Yarışın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində keçiriləcək.
Dünya çempionatında 7 komanda mübarizə aparacaq. Bunlar Səudiyyə Ərəbistanının “Əl-Hilal”, Meksikanın “Monterrey”, Yeni Zelandiyanın “Oklend Siti”, BƏƏ-nin "Əl-Cəzirə", İngiltərənin “Çelsi” və Braziliyanın “Palmeyras” komandalarıdır.
Hazırkı klublararası mundial bu ilin dekabrında Yaponiyada keçirilməli idi. Lakin ölkə rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar yarışın təşkilatçılığından imtina edib.



 

İdman 2021-11-29 13:16:00