×
A
A
A
Sazlamalar

Elektron təhsil mühitində intellektual analiz metodları tətbiq edilib

Bakı, 29 noyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron təhsil mühitində intellektual analiz metodları tətbiq edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu barədə Elmi şuranın növbəti iclasında məlumat verilib. İclasda texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev cari il ərzində rəhbərlik etdiyi şöbədə elmi-tədqiqat fəaliyyəti, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. görülmüş işlər haqqında danışıb.
Bildirilib ki, bu istiqamətdə elektron dövlətin əsas tərkib hissəsi kimi “e-learning” təhsilin bütün forma və səviyyələrində ümumi təhsil fəzasının yaradılmasında konseptual baxışlar araşdırılıb, e-təhsil mühitinin formalaşmasında əsas komponent kimi qiymətləndirmə göstəriciləri işlənib, e-tədris müəssisələrində Big Data texnologiyalarının tətbiqi məsələlərinə baxılıb və bu mühitdə intellektual analiz metodları tətbiq edilib.
Sonra mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev illik hesabat üzrə bir sıra təklif və tövsiyələrini səsləndirib, şöbədə aparılan tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunmasının vacibliyini vurğulayıb.

Texnologiya 2021-11-29 13:07:00