×
A
A
A
Sazlamalar

Kemerovo vilayətində mədəndə baş verən qəza nəticəsində xəsarət alanların sayı 92 nəfərə çatıb

Moskva, 29 noyabr, AZƏRTAC

Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində baş verən qəza nəticəsində xəsarət alanların sayı 92-yə çatıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 25-də kömür mədənində baş vermiş yanğın nəticəsində 92 nəfər, o cümlədən 35 xilasedici xəstəxanaya yerləşdirilib. İndiyədək mədəndən 11 nəfərin - 8 şaxtaçının və 3 xilasedicinin meyiti çıxarılıb.

 

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2021-11-29 12:01:00