×
A
A
A
Sazlamalar

Naxçıvanda beynəlxalq elmi konfrans keçirilib

Naxçıvan, 29 noyabr, AZƏRTAC

Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Müasir təhsilin inkişaf strategiyaları: Uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 100-dən artıq təhsil işçisinin videobağlantı formatında qoşulduğu konfransda Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Respublikası təhsil nazirinin müavini Muxtar Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Elburus İsayev çıxış ediblər.
İki gün davam edən beynəlxalq konfransda videobağlantı ilə iştirak edən Təhsilin idarə olunması üzrə mütəxəssis, Finlandiyanın “HundrED” qlobal təhsil təşkilatının icraçı direktoru və həmtəsisçisi Lasse Leponiemi çıxış edərək dünya təhsilindəki ənənəvi sistemlərlə kurikulum sisteminin fərqindən bəhs ediblər. Çıxışçılar müasir təhsil sistemlərinin əhəmiyyətindən, o cümlədən COVID-19 pandemiyasının dünya təhsilindəki fəsadlarından da ətraflı danışıb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov ölkədə yeni dərsliklərin hazırlanması, aparılan tədqiqatlar, gələcək hədəflərin müəyyənləşdirilməsi, mərkəzləşdirilmiş qiymətləndirilmənin aparılması qaydaları, ali təhsil pillələrindəki proqramlar və digər məsələlər barədə məlumat verib.
Konfrans panel iclasları ilə işini davam etdirib.

Regionlar 2021-11-29 11:19:00