×
A
A
A
Sazlamalar

Tovuzda qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması üçün reydlər keçirilib

Bakı, 29 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, DİN və yerli icra orqanlarının əməkdaşları ilə birgə Tovuz rayonunun Qovlar qəsəbəsində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reyd keçirilib.
Reyd zamanı sanitar norma və qaydalara uyğun olmayan şəraitdə, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan həyata keçirilən heyvan kəsimi və ət satışı məntəqələri aşkarlanıb.
Aşkar edilmiş faktla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Həmçinin heyvan kəsiminin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması, mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirilməsi ilə bağlı göstərişlər verilib, qeyd olunan məntəqələrin fəaliyyəti nəzarətə götürülüb.

 

Sosial 2021-11-29 11:41:00