×
A
A
A
Sazlamalar

“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində 1 pillə irəliləyib

Bakı, 29 noyabr, AZƏRTAC

Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.
AZƏRTAC xəbər verir ki, siyahıda qitənin 435 komandası yer alıb. Cədvəldə Azərbaycanın üç təmsilçisi yer alıb. Yalnız “Qarabağ” klubu Top-100”də qərarlaşıb.
Baş məşqçi Qurban Qurbanovun yetirmələri Avropada 84-cüdür. Ağdam klubunun hesabında 204 xal var.
Təmsilçimiz ötən siyahı ilə müqayisədə daha bir pillə irəliləyib. “Qarabağ” Təl-Əviv “Makkabi”sini arxada qoyub.
Otuz xalla “Neftçi” 246-cı, 20 xalı olan “Qəbələ” isə 288-ci sırada yer alıb.
Qeyd edək ki, siyahıya 2123 xalla “Real Madrid” başçılıq edir.

İdman 2021-11-29 11:35:00