×
A
A
A
Sazlamalar

DİN: Həftəsonu altı nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 27-də və 28-də daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində altı nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadıqları evə qaytarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Hadisə 2021-11-29 11:24:00