×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla yeddi nəfər xilas edilib

Bakı, 29 noyabr, AZƏRTAC

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 23 halda yanğına çıxış, 4 köməksiz vəziyyətdə qalma və intihara cəhdlə bağlı bir fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Sutka ərzində nazirliyin qüvvələri tərəfindən yeddi nəfər, o cümlədən Xaçmaz rayonunun Uzunoba kəndində intihara cəhd edən bir nəfər xilas olunub. Həmçinin Sumqayıt şəhərində 1937-ci il təvəllüdlü Cəfərov Həmzəli Cəfər oğlunun cəsədi mənzildə bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Hadisə 2021-11-29 11:07:00