×
A
A
A
Sazlamalar

Bir tərəfi qızılı sarı yarpaqlar, digər tərəfi dümağ qar - Xocavəndin payız lövhələri FOTO

Xocavənd, 29 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Respublikamızın dilbər guşələrindən olan Xocavənd rayonu ilin bütün fəsillərində özünəməxsus gözəlliyi ilə seçilir. Payız fəslində isə bu diyar öz rəngarəngliyi ilə diqqəti çəkir, görənlərə xoş duyğular bəxş edir.
Rayonun dağətəyi ərazilərindən yüksək dağlara qalxdıqca müxtəlif təbiət lövhələri bir-birini əvəz edir. Əvvəlcə yaşıl çəmənliklər, sonra qızılı-sarı rəngli yarpaqlarla örtülən, daha sonra isə ağ örpəyə bürünmüş meşəliklər insanı valeh edir.
AZƏRTAC bölgə müxbiri Tahir Ağaməmmədovun Xocavənd rayonunda çəkdiyi fotoları təqdim edir.

Regionlar 2021-11-29 11:11:00