×
A
A
A
Sazlamalar

“ASAN Könüllüləri” Təşkilatının “FotoMən 3” layihəsi başa çatıb

Bakı, 29 noyabr, AZƏRTAC

“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin, Dövlət Məşğulluq Agentliyinin və “YARAT” Müasir İncəsənət Mərkəzinin tərəfdaşlığı ilə 2 ay müddətində həyata keçirilən “FotoMən 3” layihəsi yekunlaşıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin yekunlaşmasına həsr olunmuş mərasimdə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Azərbaycan Fotoqraflar Birliyinin sədri Rafael Qəmbərov, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin sədri Mirnaib Həsənoğlu və “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər.
İki ay müddətində peşəkar fotoqraflar tərəfindən praktiki və nəzəri təlimlər keçən layihə iştirakçılarının seçilmiş fotolarından ibarət sərgi keçirilib.
Sonda iştirakçılar sertifikatlarla təltif ediliblər.
Eyni zamanda, 10 qalib iştirakçıya Dövlət Məşğulluq Agentliyi tərəfindən fotoaparat və fotoavadanlıq təqdim ediləcək.

Sosial 2021-11-29 11:09:00