×
A
A
A
Sazlamalar

DİN: Ötən gün 1178 toy şənliyinin monitorinqi aparılıb

Bakı, 29 noyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri noyabrın 27-də və 28-də Bakıda və respublikanın digər ərazilərində 1178 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər 1154 şadlıq sarayında, 24 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 33 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib. COVID-19 pasportu olmadığına görə 595 nəfər toy şənliklərinə buraxılmayıb.

Hadisə 2021-11-29 11:06:00