Türkiyə Superliqası: “Trabzonspor” liderliyini davam etdirir
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 28-də futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor”
səfərdə “Fatih Karagümrük”ün qonağı olub.
AZƏRTAC xəbər verir ki, gərgin keçən görüşdə qonaq komanda meydan sahiblərinin qapısından iki cavabsız top keçirib.
Günün digər matçlarında isə "Sivasspor" doğma meydanda "Hatayspor"u 4:0 hesabı ilə məğlub edib. "Qaziantep" isə doğma meydanda "Konyaspor"a 3:2 hesabı ilə qalib gəlib. "Yeni Malatyaspor" - "Qalatasaray" matçında isə qapılara top vurulmayıb - 0:0.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 36 xalla "Trabzonspor" başçılıq edir. Ondan 10 xal geri qalan "Konyaspor" ikinci, sonuncu ilə eyni xala malik olan "Hatayspor" isə üçüncü pillələrdə qərarlaşıblar.
Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub
Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib
Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub
Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub