×
A
A
A
Sazlamalar

Lənkəranda maarifləndirici tədbir: Narkomaniya ilə barışma!”

Lənkəran, 26 noyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəran şəhərindəki Gənclər Evində “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya ilə barışma!” region gənclərinin zərərli vərdişlərlə mübarizə sahəsində maarifləndirilməsi” layihəsi çərçivəsində gənclər üçün təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Raci Səfərov narkomaniyanın yayılmasının millətin sağlam həyat tərzi üçün təhlükə törətdiyini bildirib. Narkotik vasitələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur.
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Ramin Rəhimov çıxışında qeyd edib ki, rəsmi statistikaya görə ölkəmizdə narkomanların sayı hər il artır.
Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Bu bəla cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun deqradasiyasına gətirib çıxarır.
Təlim zamanı iştirakçılara narkomaniyanın potensial qurbanları-risk qrupları, narkomaniyanın sosial fəsadları, narkomaniya ilə mübarizədə profilaktik tədbirlər, narkomaniya və qanunvericilik, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu ilin 9 ayı barədə hesabatı, narkotiklərin dövriyyə marşrutları mövzularında məlumatlar verilib, videoçarxlar nümayiş etdirilib, mövzuya uyğun müzakirələr aparılıb.
Təlim məşğələsi sosial ekspert Afiq Məlikov tərəfindən idarə olunub.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Regionlar 2021-11-26 04:28:00