×
A
A
A
Sazlamalar

UEFA Konfrans Liqası: “Qarabağ” - “Omoniya” matçının birinci hissəsi başa çatıb

Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu doğma meydanda Kiprin “Omoniya” komandasıni qəbul edir.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan görüşün birinci hissəsinin 43-cü dəqiqəsində qonaq komanda onbirmetrlik cərimə zərbəsi ilə hesabı açıb. Kipr təmsilçisinin heyətində Mixal Dyuriş fərqlənib.
Qeyd edək ki, UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.

İdman 2021-11-25 22:37:00