×
A
A
A
Sazlamalar

Azərbaycan millisi Rusiya yığmasına böyük hesabla məğlub olub

Bakı, 25 noyabr, AZƏRTAC

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün Rusiya yığması ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da keçirilmiş oyun 4:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Qeyd edək ki, millimiz daha əvvəl Danimarka (0:8), Malta (1:2), Rusiya və Monteneqroya (hər iki oyun 0:2) məğlub olub.

İdman 2021-11-25 22:12:00