×
A
A
A
Sazlamalar

Azərbaycanlı cütlük 28-ci dünya yaş qrupları yarışlarında dördüncü olub

Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycanlı cütlük Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında 11-12 yaş kateqoriyasında oğlanlar arasında batut üzərində sinxron tullanış yarışlarını dördüncü pillədə başa vurub.
AZƏRTAC xəbər verir ki, İbrahim Mustafazadə və Ammar Baxşəliyevdən ibarət cütlük finalda 44,650 xal toplayıb.
Rusiya komandası 46,380 xalla birinci olub. Belarus komandası 46,370 xalla yarışı ikinci, Belarus-2 isə 46,080 xalla üçüncü pillədə başa vurublar.
Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

İdman 2021-11-25 20:02:00