×
A
A
A
Sazlamalar

UNEC-də əcnəbi vətəndaşlar üçün dil kurslarına qəbul davam edir

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əcnəbi vətəndaşlar üçün Azərbaycan və rus dili kurslarına dinləyici qəbulu davam edir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, qəbul elektron formada həyata keçirilir. Namizədlər www.kabinet.unec.edu.az səhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər.
Hazırlıq kursları UNEC-in 2-ci tədris binasında (Həsən Əliyev, 135) təşkil olunur.

Elm və təhsil 2021-11-25 19:34:00