×
A
A
A
Sazlamalar

Rusiya komandası 28-ci dünya yaş qrupları yarışlarında növbəti qızıl medalını qazanıb

Bakı, 25 noyabr, AZƏRTAC

Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında qadınlar arasında ikili minibatut yarışlarında Rusiya gimnastı Alena Kalaşnikova birinci olub.
AZƏRTAC xəbər verir ki, 17-21 yaş kateqoriyasında qadınların yarışında rusiyalı idmançı final çıxışına görə, hakimlərdən 67,800 xal alıb.
İspaniyalı Erika Sanz və rusiyalı gimnast Veronika Tuqarina 65,900 xalla 2-3-cü pillədə yer alıblar.
Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

İdman 2021-11-25 19:25:00