×
A
A
A
Sazlamalar

Azərbaycanlı həndbol hakimləri “Beşiktaş” – “SKA Minsk” oyununu idarə edəcəklər

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri növbəti oyuna təyinat alıblar.
Azərbaycan Hədbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Emil və Ernest Ağakişi qardaşları Avropa Həndbol Federasiyasının kuboku uğrunda yarışda yenidən ölkəmizi təmsil edəcəklər. Təcrübəli referilər bu dəfə turnirin III mərhələsində “Beşiktaş” – “SKA Minsk” görüşündə söz sahibi olacaqlar.
Türkiyə və Belarusun kişi həndbolçulardan ibarət komandalarının oyunu noyabrın 28-də İstanbulun “Süleyman Seba Sport Haal” arenasında keçiriləcək.

 

İdman 2021-11-25 19:03:00