×
A
A
A
Sazlamalar

ABŞ gimnastı Aleksandra Mitnik 28-ci dünya yaş qrupları yarışlarında birinci olub

Bakı, 25 noyabr, AZƏRTAC
Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında 13-14 yaş kateqoriyasında qızlar arasında batut gimnastikası yarışlarında ABŞ idmançısı Aleksandra Mitnik birinci olub.
AZƏRTAC xəbər verir ki, gimnastın həlledici mərhələdə çıxışı 53,090 xalla qiymətləndirilib. Rusiyalı Sofiya Aliaeva 51,645 xalla gümüş, digər ABŞ gimnastı Ava Dehanes isə 51,090 xalla bürünc medala sahib olublar.
Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

İdman 2021-11-25 18:14:00