×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastı Maqsud Maqsudov Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında qızıl medal qazanıb

Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan təmsilçisi Maqsud Maqsudov Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 13-14 yaş kateqoriyasında batut gimnastikası yarışlarında fərdi proqram üzrə mübarizə aparan təmsilçimiz finalda 56,200 xal toplayıb.
İlk üçlüyü Rusiya gimnastları - Vitaliya Çivaqa (54,630 xal) və Lev Busarev (54,345 xal) tamamlayıblar.
Digər batutçularımızdan Nicat Mirzəyev 15-ci, Mehdi Əliyev 29-cu, Əli Niftəliyev isə 30-cu pillədə qərarlaşıblar.
Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

İdman 2021-11-25 18:01:00