×
A
A
A
Sazlamalar

Tanınmış bəstəkar Tofiq Bakıxanov şəxsi əşyalarını muzeyə təhvil verib

Bakı, 25 noyabr, AZƏRTAC

Tanınmış bəstəkar, Şöhrət ordenli, Xalq artisti Tofiq Bakıxanov şəxsi əşyalarını AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Tofiq Bakıxanov 1930-cu ildə Bakıda, görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. O, Azərbaycanın məşhur alimi, tarixçi, şair və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun nəticəsidir.
T.Bakıxanov üç balet (“Xəzər balladası”, “Şərq poeması”, “Xeyir və Şər”), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam, 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.

Elm və təhsil 2021-11-25 17:52:00