×
A
A
A
Sazlamalar

Moskva Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının birinci iclasının keçirilməsini alqışlayır

Moskva, 25 noyabr, AZƏRTAC

Moskva Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının birinci iclasının keçirilməsini alqışlayır.
AZƏRTAC xəbər verir ki, bunu RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib. Diplomat deyib: “Biz Bakıda Rusiya Azərbaycan Ekspert Şurasının birinci iclasının keçirilməsini alqışlayırıq. Noyabrın 19-20-də keçirilmiş iclas “İkitərəfli strateji tərəfdaşlıq münaqişədən sonrakı inkişafın və regional əməkdaşlığın mühüm amilidir” mövzusuna həsr edilmişdi. Tədbirdə təkcə ikitərəfli əməkdaşlıq məsələsi deyil, bütövlükdə regionda qarşılıqlı fəaliyyətlə bağlı müxtəlif mövzular müzakirə edilib”.
RF XİN nümayəndəsi vurğulayıb ki, ekspertlər səviyyəsində görüşlər intensiv siyasi-diplomatik əlaqələri harmonik şəkildə tamamlayır və regionda vəziyyətin sabitləşməsi, Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması məqsədilə qarşılıqlı faydalı qərarlar axtarışına yönəlmiş rəsmi səyləri möhkəmlədir. M.Zaxarova daha sonra deyib: “Şərti mənada desək, bu görüşlər siyasi səylərə konkret həyati əhəmiyyətli bəndlər əlavə edir. Bu, son dərəcə mühüm prosesdir. Ona görə də biz Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli ekspert dialoqunun başlanmasını vacib hesab edirik.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2021-11-25 17:32:00