×
A
A
A
Sazlamalar

UNEC professorunun həmmüəllifi olduğu elmi məqalə ABŞ-da dərc olunub

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru iqtisad elmləri doktoru, professor Zahid Məmmədov və professorlar F.Tuzçu, E.Safonov, S.Kirsanovun birgə müəllifliyi ilə “Rusiyada dövlət və bələdiyyə xidmətləri üçün kadr hazırlığının müasir problemləri” (Modern Problems of Staff Training for State and Municipal Services in Russia) mövzusunda yazılmış elmi məqalə ABŞ-da nəşr olunan “Public Affairs Education and Training in the 21st Century” monoqrafiyada dərc olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, məqalədə dövlət idarəetmə sistemi sahəsində ən qabaqcıl dünya təcrübəsi tətbiqi kontekstində Rusiya Federasiyasında aparılan sosial-iqtisadi islahatlar, regionların inkişafında dövlətin maliyyə siyasəti, mərkəz və bələdiyyə idarəetmə sistemində sosial-iqtisadi inkişaf, dövlət və bələdiyyə xidmətləri üçün kadr hazırlığının müasir problemləri tədqiq olunur.
Kitab dövlət idarəçiliyində çalışan mütəxəssislər üçün gərəkli istinad yeri, təkmilləşmə mənbəyi ola bilər.

Elm və təhsil 2021-11-25 17:10:00