×
A
A
A
Sazlamalar

Qızlar arasında batut üzərində sinxron tullanış yarışlarının təsnifat mərhələsinə yekun vurulub

Bakı, 25 noyabr, AZƏRTAC
Bakıda keçirilən 28-ci dünya yaş qrupları yarışlarında qızlar arasında batut üzərində sinxron tullanış yarışlarının finalçıları bəlli olub.
AZƏRTAC xəbər verir ki, 11-12 yaş kateqoriyası üzrə təsnifat mərhələsində uğurla çıxış edən Rusiya, Belarus, İtaliya, Yaponiya, Bolqarıstan, Bolqarıstan-2, Almaniya və Gürcüstan komandaları həlledici mərhələyə yüksəliblər.
Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışda ölkəmizi 15 gimnast təmsil edəcək. Yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.
Yaş qrupları yarışlarında hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.

İdman 2021-11-25 17:01:00