×
A
A
A
Sazlamalar

Riyaziyyat və Mexanika İnstitutunda elmi və elmi-təşkilatı fəaliyyət haqqında hesabatlar dinlənilib

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda Kompüter texnologiyaları və riyazi statistika, Cəbr və riyazi məntiq şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında illik hesabatları dinlənilib.
Sonra gündəlikdə olan cari məsələlər müzakirə edilib.

Elm və təhsil 2021-11-25 17:07:00