×
A
A
A
Sazlamalar

Coğrafiya İnstitutunun baş direktoru Rusiyada nəşr edilən jurnalın redaksiya heyətinə üzv seçilib

Bakı, 25 noyabr, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov Rusiyanın “Dağıstan Dövlət Pedaqoji Universitetinin Xəbərləri. Təbiət elmləri və Dəqiq Elmlər” jurnalının redaksiya heyətinə üzv seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnal doktorluq və magistr dissertasiyaları nəticələrinin dərci üçün Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının siyahısına daxil edilib.

Elm və təhsil 2021-11-25 17:02:00