×
A
A
A
Sazlamalar

Şahmatçılarımız Serbiyada beynəlxalq turnirdə iştirak edirlər

Bakı, 25 noyabr, AZƏRTAC

Şahmatçılarımız Serbiyanın Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan təmsilçiləri Fərid Orucov və Rəşad Həsənov mübarizə aparırlar. Ötən beş turun nəticəsinə görə F.Orucov 2 xal, R.Həsənov isə 1,5 xal qazanıblar.
Yarış İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir.

İdman 2021-11-25 16:43:00