×
A
A
A
Sazlamalar

Beynəlxalq turnirin qalibləri sırasında Naxçıvan şahmatçısı da var

Naxçıvan, 25 noyabr, AZƏRTAC
Türkiyədə Mersin Böyükşəhər Bələdiyyəsinin və Türkiyə Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Mersin Böyükşəhər Bələdiyyəsi V Beynəlxalq şahmat turnirinə Naxçıvan Şahmat Federasiyası 16 zəka sahibi ilə qatılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təmsilçilərimizdən beynəlxalq usta Talıb Babayev turnirin mükafatçıları sırasına düşüb. 10 ölkədən, ümumilikdə, 67 şahmatçının mübarizə apardığı “A” qrupunda 9 görüş keçirən təcrübəli şahmatçımız 5 qələbə və 1 heç-heçəyə nail olub. Topladığı 5,5 xal 50 yaşdan yuxarı şahmatçılar arasında birinci (ümumi sıralamada 17-ci) olmasına səbəb olub.

Regionlar 2021-11-25 16:36:00