×
A
A
A
Sazlamalar

Gəncədə Nizami yaradıcılığına həsr olunmuş kitab sərgisi və elmi-praktiki konfrans keçirilib

Gəncə, 25 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə verdiyi Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi və AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə şairin yaradıcılığına həsr olunmuş kitab sərgisi və elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bölmənin sədri, akademik Fuad Əliyev elmi-praktiki konfransı açıq elan edərək qonaqları salamlayıb. Sonra Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda yerli və xarici nizamişünas alimlərin iştirakı ilə hazırlanan videoçarx nümayiş etdirilib.
Sonra AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyevanın, Mərkəzi Elmi Kitabxananın İnnovativ layihələr və metodik təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın, Avtomatlaşdırma və proqram təminatı şöbəsinin baş mütəxəssisi Aygün Əliyevanın, AMEA Gəncə Bölməsinin əməkdaşları - Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva və elmi işçi Vüsalə Hüseynovanın Nizami irsinə dair müzakirələri dinlənilib.
Sonra digər çıxışlar olub.
Sonda elmi-praktiki konfransın materiallarının kitab şəklində nəşr edilərək elmi-tədqiqat institutları, kitabxanalar və məktəblərə verilməsi təklif olunub.

Regionlar 2021-11-25 14:53:00