×
A
A
A
Sazlamalar

Rahim Sterlinq Çempionlar Liqasında 23-cü qolunu vurub

Bakı, 25 noyabr, AZƏRTAC
“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq Çempionlar Liqasında 23-cü qolunu vurub.
AZƏRTAC xəbər verir ki, hücumçu qrup mərhələsinin beşinci turunun PSJ ilə matçında fərqlənib.
Sterlinq qitənin ən nüfuzlu klub turnirində ən çox qol vuran ingiltərəli futbolçular arasında 3-cü yerə şərik olub. O, Frenak Lemparda çatıb.
Futbolçu yalnız iki oyunçudan geri qalır. Pol Skoulzun hesabında 24 top var ki, Sterlinqin ona çatması üçün cəmi bir qol lazımdır.
İngiltərəlilər arasında mütləq rekord Ueyn Runiyə məxsusdur. O, Çempionlar Liqasında 30 dəfə fərqlənib.
Qeyd edək ki, “Mançester Siti” PSJ-yə 2:1 hesabı ilə qalib gəlib.

 

İdman 2021-11-25 14:37:00