×
A
A
A
Sazlamalar

“Zirə” klubu Georgi Stoilovla yollarını ayırıb

Bakı, 25 noyabr, AZƏRTAC
Bakının “Zirə” klubu futbolçusu Georgi Stoilovla yollarını ayırıb.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Şimali Makedoniyadan olan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub göstərdiyi xidmətlərə görə, 26 yaşlı oyunçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, G.Stoilov avqustun 4-də “Zirə” ilə 2+1 illik müqavilə imzalamışdı.

İdman 2021-11-25 14:09:00