×
A
A
A
Sazlamalar

D.H.Rəhimova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Hidayət oğlu Rəhimova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 noyabr 2021-ci il

Sərəncamlar 2021-11-20 15:50:00