“Şəbəkə inzibatçısı” istiqaməti üzrə qısamüddətli təlimlər keçiriləcək
Bakı, 20 noyabr, AZƏRTAC
Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzində “Şəbəkə inzibatçısı” istiqaməti üzrə təlimlər keçiriləcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirak etmək üçün elektron ərizələrin qəbulu dekabrın 20-dək davam edəcək.
Təlimlərə peşə, orta ixtisas və ya ali təhsil almış şəxslər müraciət edə bilərlər. Seçim zamanı başlanğıc səviyyə ingilis dili bilikləri və informasiya texnologiyaları üzrə təhsil və ya iş təcrübəsi olanlara üstünlük veriləcək. Seçilmiş şəxslər şəbəkə avadanlıqları, onların işləmə mexanizmi, lokal və qlobal şəbəkənin qurulması və sazlanması, şəbəkədə istifadə edilən protokollar, “İP rutinq” və “Lan sviçinq” texnologiyası haqqında biliklər əldə edəcək, eyni zamanda, onları təcrübədə tətbiq etmək imkanları olacaq.
Dərslər nəzəri və praktiki hissələrdən ibarət olacaq. Təlimləri uğurla bitirən şəxslərə dövlət nümunəli sertifikat veriləcək.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib