×
A
A
A
Sazlamalar

K.M.Tahirovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kərim Məhəmməd oğlu Tahirov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2021-ci il

Sərəncamlar 2021-11-17 17:54:00